Ağ Ev: ABŞ-ın Türkiyədən idxal etdiyi mallara rüsumları qaldırması, ölkənin milli təhlükəsizliyi ilə bağlıdır

163

Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların qaldırılması ABŞ-ın milli təhlükəsizliyi ilə bağlıdır.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə Ağ evin rəsmisi Sara Sanders həftəlik brifinq zamanı deyib. Onun sözlərinə görə, rüsumlar, hətda Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqələrə görə həbs olunmuş amerikalı keşiş Bransonun azadlığa çıxacağı təqdirdə də ləğv olunmayacaq.

Lakin Sanders deyib ki, keşişin və ABŞ-ın nəzərdə tutduğu digər şəxslərin azadlığa çıaxacağı təqdirdə ABŞ sanskiyaların ləğvini nəzərdən keçirə bilər.

O, əlavə edib ki, Vaşinqtonda Türkiyə iqtisadiyyatında baş verən prosesləri diqqətlə izləyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: