Tacikistan Prezidenti MDB ölkələrinin baş nazirlərini və nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib

173

Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası çərçivəsində MDB ölkələrinin baş nazirlərini və nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Dövlət başçısı Emoməli Rəhmon bildirib ki, Tacikistan MDB-yə sədrlik etdiyi dövrdə üzv ölkələr arasında bütün sahələrdə çoxtərəfli əməkdaşlıq üçün konstruktiv dialoq aparılmasına çalışır. Əlaqələrimizi dostluq, qarşılıqlı hörmət, etibar, MDB-nin bütün ölkələrinin mənafeyinə uyğun olan qarşılıqlı əməkdaşlıq üzərində qururuq.

Prezident vurğulayıb ki, bizim bütün diqqətimiz MDB-nin 2020-ci ilədək İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin yerinə yetirilməsinə yönəldilib və bu istiqamətdə bir sıra işlər görülüb.

Dövlət başçısı deyib ki, Tacikistan, həmçinin terrorizm, ekstremizm, narkotrafik, silahların qeyri-qanuni dövriyyəsi, kibercinayətkarlıqla mübarizə sahəsində də mühüm addımlar atır.

Emoməli Rəhmon Tacikistanla sərhəd olan Əfqanıstanın cənub sərhədindəki vəziyyət haqqında da danışıb, bu məsələ ilə bağlı səylərin artırılmasının önəmini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: