Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

115

Martın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb.

Naxcivantv.az xəbər verir ki, Ali Məclisin Sədri Azərbaycan ilə Koreya Respublikası arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışıb, xüsusilə təhsil sahəsində səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Naxçıvan Dövlət Universitetində Koreya dilinin tədris olunduğunu və koreyalı tələbələrin təhsil aldığını qeyd edən Ali Məclisin Sədri bütün bunların mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Koreyanın “KOİCA” şirkəti tərəfindən quraşdırılan yeni texnologiyalar hesabına bu il Naxçıvan Dövlət Universitetində distant təhsil mərkəzinin yaradıldığını diqqətə çatdıran Ali Məclisin Sədri əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Ali Məclisin Sədri Qış Olimpiya Oyunlarının uğurla keçirilməsi münasibətilə səfirə təbriklərini çatdırıb və bunu Koreya Respublikasının inkişafının nəticəsi kimi dəyərləndirib.

Naxçıvan Muxtar Respublikasında özünü vətənindəki kimi hiss etdiyini və göstərilən xoş münasibətdən məmnunluq duyduğunu bildirən Kim Çanq-gyu ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib. Səfir muxtar respublikaya səfərinin mövcud əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məqsədinə xidmət etdiyini bildirib və əlaqələrin müxtəlif sahələr üzrə inkişafında maraqlı olduqlarını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: