Kikboksinq üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir başa çatıb

157

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə uşaq, yeniyetmə və gənclər arasında muxtar respublika turniri başa çatıb.

NUHÇIXAN  xəbər verir ki, turnirdə 80-ə yaxın idmançı mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnir iki gün davam edib.

Turnir ərzində idmançılar müəyyən edilmiş yaş və çəki dərəcələrində rinqə çıxıblar. 8-12 yaşa qədər kadetlərin mübarizəsində Akif İsmayılov, Uğur Əliyev, Məhəmməd İsmayılzadə, Şəmsəddin Əliyev və Zeynalabdin Musayev müvafiq olaraq 25, 30, 35, 40, 45+ kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.

Elton Səfərli və Qənbər Nağıyev isə 12-15 yaşlı uşaq idmançıların mübarizəsində 45 və 51 kiloqram çəki dərəcələrində birinci yerə layiq görülüblər. 15-17 yaşlı yeniyetmə idmançıların 57 kiloqram çəki dərəcəsindəki mübarizəsində Fərman Rzayev hamıdan güclü olub.

Gənclər arasında isə idmançılar 3 çəki dərəcəsində (60, 65 və 71 kiloqram) rinqə çıxıblar. Müvafiq olaraq Elcan Qənbərli, Rauf Həsənov və Yusif Quluzadə rəqiblərini məğlub edərək turnirin qalibi olublar.

25 kiloqram çəki dərəcəsində qızların mübarizəsi də yaddaqalan olub. Belə ki, 10-a yaxın qızın rinqə çıxdığı turnirdə Röya Abdullayeva qalib adını qazanıb. Fidan Yunisli ikinci, Fidan Paşayeva isə üçüncü yerdə qərarlaşıb.

Turnirin yekun nəticəsinə əsasən komanda hesabında “Naxçıvan” komandası “Heydər Əliyev kuboku”nun qalibi olub. Digər iki pillədə isə “Şərur” komandası və “Turan” döyüş klubu qərarlaşıblar.

Sonda qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: