Meyvə şirəsinin bilmədiyimiz zərərləri

250

Əvvəllər meyvə şirələri ən faydalı məhsul sayılırdı. Meyvə şirələri hətta 3 ayında etibarən körpələrə ilk əlavə qida kimi verilirdi.

Lakin son elmi araşdırmalar sübut edib ki, meyvə şirələri nəinki orqanizmə fayda vermir, hətta sağlamlığa ziyan vurur.

Bir çox qida mütəxəssisləri ümumiyyətlə meyvə şirələrini istehlak etməyi tövsiyə etmir, onların əvəzi təzə meyvələri yeməyi məsləhət görür.

Meyvə şirələrinin bir çox ziyanlı xüsusiyyətləri var:

1. Şəkərlə zəngindir ki, bu da kökəlməyə səbəb olur.

2. Qanda şəkərin səviyyəsini kəskin qaldırır ki, bu da insulini ifraz edən mədəaltı vəzini yükləyir. (İnsulin qanda şəkərin səviyyəsini tənzimləyən hormondur, mədəaltı vəzi tərəfindən ifraz olunur.)

3. Meyvə şirələri bütün digər şəkərlə zəngin olan qida və içkilər kimi damarların sağlamlığına mənfi təsir edir.

4. Amerika alimləri tərəfindən keçirilmiş son araşdırmalar göstərib ki, meyvə şirələrinin istehlakı bağırsaq mikroflorasına  mənfi təsir edir, faydalı mikrobların sayının azalmasına gətirib çıxardır.

Mütəxəssislər bir qayda olaraq meyvə şirələrini deyil, meyvələri istehlak etməyi tövsiyə edir. Meyvələrin tərkibində həzm olunmayan qidalı liflər var ki, bu liflər qanda şəkərin kəskin qalxmasının qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır, bağırsaq mikroflorasına müsbət təsir edir. Şirələrdə bu qidalı liflər yoxdur və bu səbəbdən də meyvə şirələri orqanizmə faydadan çox ziyan vurur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: