Azərbaycanın voleybolçu qızları Qızıl Avropa Liqasında növbəti qələbələrini qazanıblar

136

Mayın 30-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti qələbəsini qazanıb.

NUHÇIXAN xəbər verir ki, millimiz turnirin IV turunda Azərbaycan Voleybol Mərkəzində Bolqarıstan yığmasını qəbul edib.

İsveçrəli baş hakim Kristian Volfun idarə etdiyi oyunda millimiz ilk seti 25:20 hesabı ilə öz xeyrinə başa vurub. İkinci setdə bolqarıstanlı voleybolçular hesabı bərabərləşdiriblər – 23:25. Oyunda yüksək əzmkarlıq nümayiş etdirən millimiz ardıcıl iki setdə 25:21 hesabı ilə qələbə qazanaraq oyunu qalib başa vurub. Beləliklə, görüş Azərbaycan millisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “A” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk görüşdə Bakıda Ukrayna yığmasını 3:1, ikinci qarşılaşmada isə Portuqaliya seçməsini eyni hesabla məğlubiyyətə uğradıb. Voleybolçularımız üçüncü turda Bolqarıstan millisinə səfərdə 1:3 hesabı ilə uduzublar.

Liqanın final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: