Naxçıvanlı alim Beynəlxalq konfransda iştirak edib

298

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Türkiyənin Əskişəhər şəhərində keçirilən “100-cü ilində Azərbaycan Cümhuriyyəti Beynəlxalq Konfransı”nda iştirak edib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bir sıra rəsmi qurumların təşkil etdiyi konfransda Elxan Məmmədov “Məmməd Əmin Rəsulzadə ədəbiyyatşünas kimi” mövzusunda məruzə edib.

İki gün ərzində 60 elmi məruzənin dinlənildiyi konfransda 100 illik tarixə malik Azərbaycan Cümhuriyyəti, Cümhuriyyətin qurulmasında iştirak edən şəxsiyyətlər, müasir Azərbaycanın inkişafı, dili, ədəbiyyatı, iqtisadiyyatı, incəsənəti və digər mövzular əhatə olunub.

“1918-dən 1920-yə Azərbaycan”, “Turizm”, “Tarixi şəxsiyyətlər”, “Mədəniyyət”, “Siyasət”, “Cəmiyyət”, “Təhsil” və s. adlı 15 fərqli iclasda dinlənilən məruzələrdə Azərbaycanın dünəni, bugünü və gələcəyinə dair bir-birindən maraqlı məruzələr konfrans iştirakçılarının marağına səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: