ABŞ Aya yeni ekspedisiyalar göndərəcək

198

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) ölkədə kosmik şirkətlərlə əməkdaşlığı daha da genişləndirmək məqsədilə 2019-cu ildən etibarən Aya pilotlu kosmik gəmi göndərməyə hazırlaşır.

NUHÇIXAN NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, ilk mərhələdə Aya bir neçə robot ekspedisiyası, ikinci mərhələdə isə pilotlu kosmik gəmi göndərilməsi nəzərdə tutulur. Birləşmiş Ştatlar Yerin təbii peykinə sonuncu dəfə 1972-ci ildə astronavt göndərib.

NASA-nın məlumatında bildirilir ki, astronavtların qarşısına qoyulmuş əsas vəzifə Ayın səthində ABŞ astronomlarının gələcək kəşfləri üçün texnoloji avadanlığın quraşdırılmasıdır. Agentliyin təmsilçisi Dennis Andruyçik bununla bağlı deyib: “Gələcəkdə ticarət məqsədilə Aya daşıma xidmətlərinin həyata keçirilməsi üçün kosmik gəmilərin enmə zolaqları ilə bağlı elmi məlumatlar əldə ediləcək. Beləliklə, NASA Ayda olan şəraiti daha yaşı öyrənəcək”.

ABŞ-ın vitse-prezidenti Mayk Pens ötən il bildirib ki, Ayda sadəcə ayaq izləri buraxmaq və bayraq sancmaq yetərli deyil. Yerin təbii peykini daha yaxşı tədqiq etmək üçün yeni ekspedisiya göndərilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: