NUHÇIXAN xəbər verir ki, Babək rayonunun gəncləri Naxçıvan şəhərində yerləşən muzeylərdə olublar. Muzeylərin zəngin ekspozisiyası ilə tanış olan gənclərə muzeylər haqqında ətraflı məlumat verilib.
Heydər Əliyev Muzeyində olan ziyarətçilərə dahi şəxsiyyətin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə məlumat verilib.
XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olan “Xan sarayı”ında gənclərə Naxçıvanın xanlıqlar dövrü ilə tanış olublar.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini gəzən Babəkli gənclərə Naxçıvanın 5000 illik şəhər mədəniyyətinin və sənətkarlığının tarixindən danışılıb.
Sadiq Məmmədov