Naxçıvanın xarici ticarət dövriyyəsində 87 milyon 522 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb

125

Yanvar-aprel aylarında muxtar respublikada 108 milyon 711 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 117 min 200 ABŞ dolları təşkil edib, 87 milyon 522 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

NUHÇIXAN xəbər verir ki, bu ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 421 manata çatıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasında bank sektoru uğurla fəaliyyət göstərir. 2018-ci il 1 may tarixinə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 69 min 757-yə çatıb ki, bunun da 60 min 823-ü və ya 87,2 faizi aktiv hesablardır. Yanvar-aprel aylarında açılmış 5131 bank hesabının 5063-ü aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə mayın 1-nə 1266-ya çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: