“Azerspace-2/Intelsat 38″in orbitə buraxılma vaxtı dəyişdirilib

314

Azərbaycanın ikinci geostasionar peyki “Azerspace-2/Intelsat 38″in” orbitə buraxılışının vaxtı dəyişdirilib.

Bunu “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentinin direktoru Aysel Sultanova NUHÇIXAN-a açıqlamasında bildirib. O qeyd edib ki, mayın 25-də orbitə buraxılması nəzərdə tutulan peykin dəqiq buraxılış tarixi yaxın aylara planlaşdırılır. Bu barədə “Azərkosmos” tərəfindən əvvəlcədən məlumat veriləcək.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: