Mayın 20-si QİCS Qurbanlarının Dünya Xatirə Günüdür

133

Hər il may ayının üçüncü bazar günü dünyada QİÇS-dən vəfat edənlər xatırlanır. Bu, ictimaiyyətinin diqqətini QİÇS xəstələri və İİV infeksiyası daşıyıcılarının problemlərinə cəlb etmək, həmçinin dünyada bu problemin yayılmasının qarşısını almaq məqsədilə keçirilir. Bu gün HİV virusunun yayılmasına qarşı insanlara xəbərdarlıq etmək və onları bu təhlükədən uzaq olmağa çağırmaq məqsədilə mühazirələr oxunur, maarifləndirici, xatirə və xeyriyyə tədbirlərinin keçirilməsi təşkil edilir.

QİÇS Qurbanlarının Dünya Xatirə Günü ilk dəfə 1983-cü ildə Amerikanın San-Fransisko şəhərində qeyd edilib. Bir neçə il sonra həmin xəstəliyə qarşı hərəkatın simvolu yaranıb. 1991-ci ildə rəssam Frenk Mur bu xəstəlik səbəbindən həyatdan gedənlərin xatirəsinə geyimə sancaqlanmış qırmızı lent, yaxud müxtəlif rəngli parçalardan yığılmış xüsusi nişan vurmağı təklif edib. Bu problemə biganə olmayanlar QİÇS Qurbanlarının Dünya Xatirə Günü hazırlanmış nişanları yaxalarına taxırlar.

Dünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada immun çatmazlığı virusuna yoluxmuş 42 milyon insan yaşayır və hər gün həmin rəqəm 14–15 min nəfər artır. İmmun çatmazlığı virusuna yoluxanların əksəriyyəti 30 yaşınadək olan gənclərdir. Son 25 il ərzində təxminən 25 milyon nəfər QİÇS xəstəliyindən vəfat edib.

QİÇS-lə xəstələnənlərin təxminən üçdə ikisi Afrikada yaşayır. Bəzi alimlərin fikrincə, “qara qitədə” hər üç nəfərdən biri immun çatmazlığı virusuna yoluxub. Hətta elə ölkələr var ki, əhalisinin 90 faizindən çoxu həmin virusun daşıyıcısıdır.

Həkimlərin qənaətinə əsasən, QİÇS ilk dəfə Afrikada meydana çıxıb. Onun yaşıl meymunlardan insana yoluxduğu güman edilir. QİÇS haqqında ilk qeydlər ötən əsrin 80-ci illərində üzə çıxmağa başlayıb və sonralar onu “XX əsrin vəbası” adlandırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: