Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək

98

Mayın 16-da futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransanın Lion şəhərində müəyyənləşəcək.

NUHÇIXAN xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Atletiko Madrid” və Fransanın “Marsel” klubları qarşılaşacaq.

Fransada “Stad de Frens”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

1992/1993-cü il mövsümündə Çempionlar Liqasını qazanan Fransa təmsilçisi finala qədər irəlilədiyi digər üç imkandan yararlana bilməyib. UEFA kubokunda iki belə uğursuzluğu olan “Marsel” ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

“Atletiko” isə 6-cı kuboku qazanmaq fikrindədir. Madridlilər Avropa Liqası və Superkubokun hərəsində 2, Kuboklar kubokunda bir uğur əldə ediblər. İspaniya klubu 1986-cı ildə Kuboklar kubokunun finalında Kiyev “Dinamo”suna 0:3 hesabı ilə uduzduğu stadionda ikinci cəhdini gerçəkləşdirəcək.

Qeyd edək ki, “Marsel” qələbə qazansa Çempionlar Liqasının qrupuna vəsiqəni də təmin edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: