Polis əməkdaşları çoxnövçülük üzrə güclərini sınayıb

94

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında xidməti çoxnövçülük üzrə birincilik keçirilib.

NUHÇIXAN xəbər verir ki, 15 komandanın iştirak etdiyi birincilikdə 50-ə yaxın asayiş keşikçisi mübarizə aparıb. Polislər 100 və 1000 metr məsafəyə qaçış, turnikdə dartınma və aşma növləri üzrə yarışıblar. Yekunda, 100 metri Vəli Şirəliyev, 1000 metri Əli Əlizadə, turnikdə dartınma və aşma növündə isə Qismət Novruzov rəqiblərinə qalib gələrək birinci yerə çıxıblar.

Yarışda  Naxçıvan Dəmir Yolu Nəqliyatında Polis Şöbəsi birinci, Mühafizə Polisi ikinci, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandası isə üçüncü olublar.

Sonda qalib gələn komanda və idmançılara diplomlar təqdim edilib.

Qaliblərdən ibarət yığma komanda  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhərində keçiriləcək çoxnövçülük yarışında muxtar respublikanı təmsil edəcək .

Elvin Quliyev

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: