“Unutsaq unudularıq” adlı rəsm sərgisi keçirilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Unutsaq unudularıq” adlı rəsm sərgisi açılıb.
Sərgidə çıxış edənlər 20 Yanvarı xalqımızın qürur tarixi, qəhrəmanlıq salnaməsi kimi qiymətləndiriblər. Qeyd olunub ki, bugünki sərgidə 20 Yanvar faciəsi rənglərin dili ilə rəsm sevərlərə təqdim olunur.
Yaradıcı birliklər və təhsil müəssisələrinin şagirdlərinin iştirak etdiyi sərgidə rəssamların əsərləri maraqla izlənilib.
Sərgidə 20 Yanvara həsr olunmuş əsərlərlə yanaşı, həmyerlimiz, aprel şəhidi Qabil Orucəliyevin də portreti yer alıb. Qeyd edək ki, əsərin müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur.
21 rəssamın yağlı boya, qrafika, xalça tipli, dəmir üzərində döymə texnikasından istifadə edilərək yaratdığı 31 əsəri sərgidə nümayiş olunub.
Sərgi yanvar ayının 25-dək davam edəcək.
Xanım Rüstəmzadə