20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək

448

İyirmi Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın müstəqilliyinə gedən yolda 20 Yanvar faciəsi” mövzusunda anım mərasimi təşkil olunacaq. Bundan başqa, İstanbul Universitetində professor Aygün Əttarın məruzəçi olduğu konfrans keçiriləcək. QHT-lər tərəfindən də bir sıra tədbirlər təşkil ediləcək. Həmçinin İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində faciənin qurbanlarının xatirəsi anılacaq.

Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən yanvarın 19-da və 20-də İstanbul metrosunun “Yeni qapı” stansiyasında 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotosərgi qurulacaq. Qarsdakı baş konsulluğumuzun təşkilatçılığı ilə Qars və İğdır şəhərlərində bir neçə anım mərasimi keçiriləcək.

“BENGÜ TÜRK” TV-nin “Azərbaycan ruzigarı” verilişinin 20 yanvar tarixli buraxılışı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətə həsr olunacaq. Qanlı Yanvar cinayətinin təfərrüatlarından danışılacaq verilişdə telejurnalist Səidə Ömər, həmçinin 20 Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olaraq nəşr edilən “20 Yanvar – Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu ilə bağlı tamaşaçıları məlumatlandıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: