Kollegiya iclası keçirilib

303

NUHÇIXAN  xəbər verir ki,  Naxçıvan Muxtar  Respublikasının Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən 2018-ci ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələr haqqında kollegiya iclası keçirilib. Kollegiya iclasında vergilər naziri, baş vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, iqtisadi inkişafın nəticəsi olaraq, hesabat dövründə Naxçıvan Mux­tar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 116,8 faiz icra edilib. Bu da 2017-ci illə müqa­yisədə 10,9 faiz çoxdur.

Ümumilikdə muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 34,5%-i dövlət sektorunun, 65,5%-i isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 394 min 700 manat və ya 15,4 faiz artıb.

Rayon­larda kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Buna görədir ki, özəl sektordan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqa­yisədə Şərur rayonu üzrə 143,1 min manat və Babək rayonu üzrə 261,7 min manat artıb.

Kiçik və orta sahibkarlığın inkişafını səciyyələndirəngöstə­ricilərdən biri də sadələşdirilmiş vergi üzrə proqnozun 2 milyon 331 min manat və ya 71,7 faiz, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mil­yon 482 min manat və ya 36,2 faiz artıqlaması ilə icra edilməsidir.

Hesabat dövrü ərzində vergi ödəyiciləri tərəfindən 28641 bəyannamə təqdim edilmişdir ki, bunun 28631-i və ya 99,9%-i elektron, 4-ü əlbəəl və 6-sı poçt vasitəsilə təqdim olunub.

Təqdim olunan bəyannamələr uyğun­suzluq yoxlamasından keçirilərək 883 halda 653 min 457 manat məbləğindəkameral və analoji hesablama aparılmaqla vergilər hesablanıb və ödənilməsi təmin edilib.

Vergilər üzrə proqnoz tapşırıqların yerinə yetirilməsində mühüm rolu olan aktiv vergi ödəyicilərinin sayı (kənd təsərrüfatı istisna olmaqla), sahib­karlığa göstərilən qayğının və yaradılan işgüzar biznes şəraitinin nəticəsidir ki, 2017-ci illə müqayisədə 1.2 dəfə və ya 1007 vahidartıb.

01 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən ticarət obyektlərində 1272 POS-terminal quraşdırılıb və bu istiqamətdə tədbirlərimiz davam etdirilir.

Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində muxtar respublikada aparılmış təbliğat tədbirlərinin nəticəsi olaraq, hesabat dövründə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız hesablaşmalarınhəcmi 35 milyon 93 min 350 manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 294 min 678 manat artıq olub.

Sahibkarlıq subyektləri tərəfindən vergilərin vaxtında ödənilməsinə və ödənilən əməkhaqlarının reallığı əks etdirməsi vəziyyətinə nəzarətin gücləndirilməsi işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə davam etdirilib. Belə ki, 2018-ci il ərzində aparılan  676 birgə monitorinq zamanı 511 halda yeni əmək müqavilələrinin bağlanmaması, 1811 halda əməkhaqqının reallığı əks etdirməməsi faktları aşkar edilib və müvafiq düzəlişlərin edilməsi təmin olunub. Bütün bunların nəticəsində işəgötürən fiziki şəxslər tərəfindən əməkhaqqından ödənilən gəlir vergisi məbləği hesabat dövründə 133 min 154 manat olmaqla, 2017-ci illə müqayisədə 6504 manatdan çox artıb.

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən qarşımıza qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşaraq, onların icrasının təmin edilməsi istiqamətində bütün tədbirləri həyata keçirəcəkdir.

İclasda bildirib ki, hesabat dövründə muxtar respublika üzrə əhali ilə nağd pul hesablaşmaları aparan 1865 obyektdən 1857 obyektə nəzarət-kassa aparatı quraşdırılması təmin edilib. Bu da nəzarət-kassa aparatı quraşdırılmalı olan obyektlərin 99,6%-ni təşkil edir. Ciddi hesabat blankı tətbiq edilməli olan 968 obyektin hamısında ciddi hesabat blankları tətbiq edilir.

Muxtar respublika üzrə vergi borclarının alınması sahəsində görülən tədbirlər nəticəsində hesablanmış 2 milyon 320 min manat vergi borcunun ödənildiyi təmin edildiyindən, 2019-ci ilin 1 yanvar tarixinə borc məbləğləri qalmayıb, Vergilər Nazirliyi2018-ci ili vergi borcu olmadan başa vurublar.

Sonda məruzə ətrafında çıxışlar olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: