Smartfonların istehsalı 2013-cü ilin səviyyəsinə enəcək

127

“Apple” – 2018-ci ilin sonunda öz qurğularına tələbatın azalması ilə üzləşmiş yeganə şirkət deyil. “Business Insider” nəşri yazır ki, yeni statistikaya görə, indi istehsalçılara istehlakçıları köhnə smartfonlarını yenisi ilə əvəz etməyə inandırmaq daha çətindir.

NUHÇIXAN “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Credit Suisse” bankı smartfon bazarında cari vəziyyəti qiymətləndirərək yaxın gələcəklə bağlı proqnoz verib. Analitiklərin proqnozu ürəkaçan deyil: hazırda smartfon bazarı eniş dövrünü yaşayır.

“Credit Suisse” bankının araşdırmasına görə, 2017-ci ilin son 3 ayı ilə müqayisədə 2018-ci ilin müvafiq dövründə smartfonların satış həcmi 3 faiz azalaraq 357 milyon təşkil edəcək. Amma 2019-cu ilin birinci rübündə smartfon bazarının həcmi 19 faiz azalaraq 289 milyon olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: