İranda yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər həlak olub

273

Bu səhər Tehran yaxınlığında qəzaya uğrayan yük təyyarəsində ölənlərin sayı 16 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, Bişkek şəhərindən İranın Kərəc şəhəri yaxınlığındakı “Payəm” hava limanına uçan “Boing -707” tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində evlər dağılıb. Verilən məlumatlarda deyilir ki, pilotlar eniş zamanı yaranan nasazlığı aradan qaldıra bilməyiblər. Təyyarə yaşayış məntəqəsinin üzərinə düşərək evlərə külli miqdarda ziyan vurub. Təyyarənin pilotu xilas ola bilib.

Qeyd edək ki, təyyarənin düşdüyü ərazi şəhər kənarı olduğu üçün burada çox sayda bağ evləri var.

Hadisə yerinə təcili yardım və yanğınsöndürənlər gəlib.

Təyyarənin Qırğızıstana məxsus olduğu bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: