Ermənistanda rus hərbçilərinə qarşı piket keçirilib

169

Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı piket təşkil olunub. Aksiyanın təşkilatçıları iddia edirlər ki, onların etirazları Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının əsgərlərinin törətdikləri cinayətlərə qarşıdır.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, 102-ci hərbi bazanın qarşısında keçirilmiş piket 2015-ci il yanvarın 12-də bir erməni ailəsinin yeddi üzvünün qətlə yetirilməsinin ildönümündə təşkil olunub.

Piket iştirakçılarının Ermənistan hökuməti, Rusiyanın Ermənistandakı səfirliyi və hərbi bazanın komandirinə ünvanlanmış müraciətində deyilir ki, 1999-cu ildən bəri rus hərbçilərinin törətdikləri cinayətlər nəticəsində Ermənistanın 12 vətəndaşı ölüb, 14 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: