Şagirdlər üçün növbəti interaktiv açıq dərs keçirilib

132

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, açıq dərs muxtar respublikanın 226 ümumtəhsil müəssisəsində izlənilib və dərsdə termodinamikanın qanunlarından bəhs olunub.

Dərsdə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “Termodinamikanın qanunları” mövzusundan danışıb. Bildirib ki, termodinamika müxtəlif növ enerjilərin qarşılıqlı çevrilmələri və bu çevrilmələrin qanunlarını öyrənən elmdir. Termodinamikanın qanunları fizika fənnində öyrənilir. Eyni zamanda kimyəvi reaksiyalarda da termodinamik parametrləri bilmək mütləqdir.

Sonda şagirdlərə termodinamikanın 4 qanunu haqqında şagirdlərə ətraflı məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: