Ermənistanda sosial problemlər daha da çoxalır

139

Cari ildən Yerevan Rusiyadan aldığı qazın hər min kubmetri üçün 150 deyil, 165 dollar ödəyəcək. Artıq fevraldan etibarən əhali istehlak etdiyi mavi yanacağın hər kubmetrinə görə əlavə vəsait xərcləməli olacaq.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, ekspertlər bunun Nikol Paşinyan hökuməti üçün yeni problemlər yaradacağını bildirirlər. Rəsmi Yerevan isə vətəndaşlara hələlik bu barədə dəqiq məlumat vermir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan məsələ ilə bağlı xalqı əmin etməyə çalışıb ki, danışıqlar aparılır və qiymətlərin qalxmaması üçün əlindən gələni etməyə çalışır.

Bundan başqa, 2019-cu ildən Ermənistanda yeni vergilər tətbiq olunub. Hökumət bəzi mal və xidmətlərə olan vergiləri artırıb, bir sıra məhsullara isə aksiz vergisi tətbiq olunur. Hadisələrin bu cür gedişi onu göstərir ki, Nikol Paşinyan hökuməti sərt qışla və xalqın sosial böhran və artırılmış vergilər fonunda etirazları ilə üz-üzə qalacaq. Çünki əhalinin gəlirləri artıma adekvat deyil. Hökumət qiymət artımına büdcədə yaranan kəsiri aradan qaldırmaq üçün gedir. Vətəndaşların sözlərinə görə, ölkə rəhbərliyi ölkəni elə ağır vəziyyətə salıb ki, bunun qarşısını yeni hökumət də ala bilməyəcək. Onlar üçün mavi yanacaqdan imtina etmək daha əlverişlidir. Onsuz da yaşayış məntəqələrində illərdir alternativ vasitələrdən istifadəyə üstünlük verilir. İnsanlar qədim dövrlərə qayıtdıqlarını bildirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: