2018-ci ildə Azərbaycan Türkiyədən müdafiə və aviasiya sənayeləri məhsullarının idxalını 86 faiz artırıb

190

Azərbaycan 2018-ci ildə Türkiyədən müdafiə və aviasiya sənayeləri məhsullarının idxalına görə yeddinci yeri tutur: ötən il qardaş ölkədən idxal edilən bu məhsulların həcmi 2017-ci ildəki 34,143 milyon dollarla müqayisədə 63,409 milyon dollar (86 faiz çox) olub.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, bu məlumat Türkiyə İxracatçılar Məclisinin hesabatında yer alıb.

2018-ci ildə Türkiyədən müdafiə və aviasiya sənayeləri məhsullarının idxalına görə ilk yeri 726,066 milyon dollarla ABŞ tutub. Birləşmiş Ştatlar ötən il Türkiyədən idxalın həcmini 2017-ci illə müqayisədə 5 faiz artırıb. İkinci göstərici 226,119 milyon dollarlıq (8 faiz çox) məhsul idxal edən Almaniyaya məxsusdur. İdxalçı ölkələr arasında ən yüksək göstəricini isə Oman nümayiş etdirib. Bu ölkə ötən il 153,373 milyon dollarlıq məhsul idxal edib ki, bu da 2017-ci ildəki 13,378 milyon dollarla müqayisədə 1046 faiz çoxdur.

Hesabat ilində Türkiyənin Qətərə müdafiə və aviasiya sənayeləri məhsullarının ixracı 83,455 milyon dollar (241 faiz çox), Niderlanda isə 75,582 milyon dollar (455 faiz çox) təşkil edib. 2018-ci ilin dekabrında qardaş ölkənin bu sahələr üzrə ixracatının həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artaraq 253,496 milyon dollara çatıb.

Ümumilikdə isə, 2018-ci ildə Türkiyənin ixrac etdiyi müdafiə və aviasiya sənayeləri məhsullarının həcmi 2017-ci illə müqayisədə 17 faiz artaraq 2,035 milyard dollara çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: