Muxtar respublikanın 2018-ci ildəki nailiyyətləri - VİDEO
2018-ci il muxtar respublikanın sosial-iqtisadi və ictimai mədəni həyatında əlamətdar hadisələrlə yadda qalıb.
2018-ci ildə qazanılan uğurlar bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə artıb. Yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə səbəb olub. Ümumi daxili məhsulun 57 faizdən çoxu istehsalın payına düşüb. Bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir. Sənaye məhsulunun həcmi artaraq 900 milyon manata yaxın olub.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıb.
NUHÇIXAN həmin videomaterialı sizə təqdim edir:
Əbülfəz Dünyamalıyev