“Əl-İslah və ət-Tənmiyə” qəzetində Naxçıvanla bağlı məqalə dərc olunub

516

Mərakeşin geniş oxucu auditoriyasına malik “Əl-İslah və ət-Tənmiyə” qəzetinin növbəti sayında “Naxçıvan – 2018-ci ilin İslam Mədəniyyəti Paytaxtıdır” sərlövhəli məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycanın ən qədim şəhərlərindən sayılan Naxçıvan barədə məlumat verilir, onun zəngin tarixi və mədəniyyətindən söz açılır.

Müəllif qeyd edir ki, Yaxın və Orta Şərq regionunun tarixi əhəmiyyətli şəhərlərindən biri olan Naxçıvan İslam mədəniyyətinin əsrlər boyu qorunmasında özünəməxsus rol oynayıb.

“Bu gün sürətlə inkişaf edən, müasirliyi ilə diqqəti özünə cəlb edən Naxçıvan İslami dəyərlərin qorunmasına, İslam mədəniyyətinin zənginləşməsinə dəyərli töhfələr verir”, – deyə müəllif qeyd edir. Bildirilir ki, 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilib. Həmin qərar Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. İslam Mədəniyyətinin paytaxtlarının elan olunması prosesinin əsas məqsədi tarixi-mədəni abidələrə yeni baxış, onların bərpası və tanıdılmasıdır.

Məqalədə Azərbaycanın sürətlə inkişaf edən bir ölkə olduğu qeyd edilir. Bildirilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanda anadan olub. Naxçıvanda iqtisadiyyatın gücləndirilməsi, elm və təhsilin inkişafı daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanmasında Ümummilli Liderin böyük xidmətləri olub.

Yazıda Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanın misilsiz iqtisadi artım dinamikası ilə inkişaf etdiyi vurğulanır. Həmçinin qeyd olunur ki, bu gün sürətlə inkişaf edən, müasirliyi ilə diqqəti özünə cəlb edən Naxçıvan İslami dəyərlərin qorunmasına, İslam mədəniyyətinin zənginləşməsinə dəyərli töhfələr verir. Naxçıvanın sosial-iqtisadi inkişafında, Naxçıvan tarixinin hərtərəfli araşdırılması və elmi-tədqiqat işinin aparılması üçün şərait yaratmış AMEA-nın Naxçıvan Bölməsininn yaradılmasında Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun rolu xüsusi qeyd olunur.

Diqqətə çatdırılır ki, Naxçıvanda şəhərlər və kəndlər sürətlə abadlaşdırılır, beynəlxalq tədbirlər və idman yarışları keçirilir, blokada şəraitində dirçəliş və inkişaf təmin edilib və ümumi rəy də bunu təsdiq edir: “Naxçıvan sürətli inkişaf yolundadır”.

Məqalənin sonundа vurğulanır ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasi, sosial və iqtisadi siyasət sayəsində inkişaf edir. Muxtar Respublika Azərbaycanın qardaş Türkiyə və qonşu İranla əlaqələrinin güclənməsində də böyük rol oynayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: