Telefon nömrələrini müəyyənləşdirməyə və çeşidləməyə imkan verən “Truecaller” xidmətinin araşdırmasına əsasən, arzuolunmaz zənglər kəskin artıb.
NUHÇIXAN “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində şirkət təxminən 17,7 milyard (ötən il 5,5 milyard olub) spam çağırış qeydə alıb.
“Truecaller” şirkətinin mütəxəssisləri araşdırma çərçivəsində spam zənglərin ümumi vəziyyətini qiymətləndirib. Spam zənglərin əsas mənbəyi telefon operatorları olub. Telefon spamı dedikdə zəhlətökən reklam və “soyuq” zənglər (müxtəlif şirkətlər telefonla öz xidmətlərini təklif edirlər) nəzərdə tutulur.
Braziliya 2018-ci ildə telefon spamı üzrə lider ölkə elan edilib. Telefon spamerlərinin aktivliyinə görə ikinci yerdə Hindistan, üçüncü yerdə isə Çili yerləşib.