NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İğdır” qəzetində İğdır Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələri əks etdirən yazı verilib. Yazıda bildirilir ki, Mərkəzi Asiya Universitetlər Birliyinin əsas heyət üzvlərinin qəbul etdiyi MAÜB mübadilə proqramı çərçivəsində İğdır Universiteti və Naxçıvan Dövlət Universiteti arasında pilot protokolu imzalanıb.
İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma ilə Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov arasında imzalanan protokol əsasında hər iki təhsil ocağı arasında əlaqələr daha da möhkəmlənəcək. Müəllim və tələbə mübadiləsi, o cümlədən müxtəlif istiqamətdə layihələr həyata keçiriləcək.