Muxtar respublikada qan donorlarının sayı artıb
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada son dövrlərdə qan donorlarının sayı 2 dəfədən çox artıb. Qan komponentlərinin də miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Əhalinin bu işə aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi qan bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin uzun müddət saxlanılması üçün dondurucu və soyuducu avadanlıqlar mövcuddur. Bu isə qanı 42 günə qədər, plazmanı isə 1 ilə qədər saxlamağa imkan verir.
Burada əlverişli şərait yaradılıb, yeni avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə Qan bankında müxtəlif xəstəliklərin müalicəsi üçün qanın komponentləri olan plazma, eritrositar, limfositar və trombositar kütlənin alınması, saxlanması və məqsədyönlü istifadəsi həyata keçirilir.
Turab Hacızadə