Ailələr ipoteka kreditindən yararlanaraq mənzil sahibi olub

134

NUHÇIXAN xəbər verir ki, cari ilin ötən dövrü ərzində “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əhaliyə 2 milyon 151 min 922 manat məbləğində ipoteka krediti verilib. Həmin dövrdə ümumilikdə, fond tərəfindən verilən vəsait hesabına 54 ailə mənzillə təmin olunub ki, həmin ailələrin 19-u ipoteka kreditinin güzəştli şərtlərindən yararlanıb.

Bu ilin ötən dövrü ərzində daşınmaz əmlakın dövlət reyestrində 292 ipoteka qeydiyyatı aparılıb. İpoteka krediti hesabına əldə edilən 64 mənzil, 16 fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Bunun da 82,5 faizi Naxçıvan şəhərinin, 17,5 faizi isə muxtar respublikanın digər yaşayış məntəqələri üzrə qeydə alınmış daşınmaz əmlak obyektləridir

                                                                                                Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: