Universitet tələbələri müayinədən keçiblər
NUHÇIXAN xəbər verir ki, Zərifə Əliyeva adına Naxçıvan şəhər Polikilinikasının həkimləri mütəmadi olaraq orta ixtisas və ali təhsil müəssisələrində olur tələbələri müayinədən keçirirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq bu günlərdə Zərifə Əliyeva adına Naxçıvan şəhər Polikilinikasının həkim briqadası “Naxçıvan” Universitetində olublar. Onlar tələbələri müayinədən keçiriblər. Lor, nevroloq, oftalmaloq, terapeft və tibb bacısından ibarət həkim briqadası 150 nəfər tələbəni müayinədən keçiriblər. Müayinədən keçənlərin bəzilərində aşkar olunan patologiyaya uyğun müalicə və göstərişlər yazılıb.
Nuray ƏSGƏROVA