Noyabrın 16-18-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə “Continental Cup” turniri keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, yarışda Azərbaycanı məşqçilər Rövşən Hacıyevin və Əşrəf Əliyevin rəhbərliyi ilə 15 güləşçi təmsil edib. Təmsilçilərimizdən ikisi fəxri kürsüdə yer almağı bacarıb. Yetmiş kiloqram çəki dərəcəsində yarımfinal görüşündə yığmamızın iki üzvü qarşılaşıb. Gitinoməhəmməd Hacıyevə qalib gələn Ağahüseyn Mustafayev finala yüksəlib. Ancaq həlledici görüşdə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib. G.Hacıyev isə bürünc medala yiyələnib.
Xatırladaq ki, turnirdə görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev və Babək Allahverdiyev qoruyublar.