İsveçdə ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradılıb

106

İsveç Akademiyası Nobel Fondu ilə birlikdə ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaratmağı qərara alıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, builki Nobel həftəsinin özəlliyi ədəbiyyat üzrə mükafatın qalibinin adının açıqlanmaması olub, qalib, çox güman ki, 2019-cu ildə məlum olacaq. Mükafatı verən İsveç Akademiyası may ayında üzvlərinin sayının azalması və dünyada ona olan etibarın zəifləməsi fonunda təltifetmənin təxirə salınmasına dair qərar qəbul edib.

Qaydalara əsasən, Akademiyaya yeni üzvlərin qəbulu üçün 12 nəfərlik kvorum tələb olunur, lakin qalmaqaldan sonra orada 11 ədib qalıb. Natamam sayda səslə laureatın seçilməsi isə mübahisəli ola bilərdi və Nobel Fondu da bu barədə açıqlama verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: