Azərbaycan idmançıları Türkiyədə keçirilən Avropa Kubokunda 5 qızıl medal qazanıb

107

Türkiyədə Muay-Tay idman növü üzrə yeniyetmələr, gənclər və kişilər arasında açıq Avropa Kuboku keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, Antalya şəhərində keçirilən çempionatda ölkəmizi Muay-Tay Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərlik etdiyi komanda təmsil edib.

Noyabrın 14-dən 18-dək davam edən yarışda komandamız 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıb.

Azərbaycanın yeniyetmələr yığması komanda hesabında 3-cü yerə layiq görülüb.

Xatırladaq ki, çempionatda 26 ölkədən 1130 idmançı iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: