Tələbələr Naxçıvan Turizm İnformasiya Mərkəzi ilə tanış olublar

215

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzində Naxçıvan Dövlət Universitetinin turizm və otelçilik ixtisasında təhsil alan tələbələrin Naxçıvan Muxtar Respublikası Turizm Departamentində istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib.

Konfransda tələbələrə istehsalat təcrübəsi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, təcrübə  müddətində tələbələr Naxçıvanın turizm obyektləri ilə yaxından tanış olacaq, turoperatorluğu ilə bağlı ətraflı məlumat alacaqlar. Daha sonra tələbələr Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, internet resurslarından səmərəli istifadə etmək turizmin inkişafında mühüm rol oynayır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyətə başlaması bu istiqamətdə  sistemli işlərin görülməsini təmin edib. Qeyd edilib ki, mərkəz turizm obyektlərinə marşrutlar təşkil etməklə yanaşı, internet saytı və sosial şəbəkələr üzərindən də təbliğat işini yerinə yetirir.

                                                          Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: