Fermerlər hərbi hissəyə 2 tona yaxın sarımsaq hədiyyə ediblər

378

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə xalq-ordu birliyini özündə əks etdirən tədbirlərin davamı kimi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar Əlahiddə Ümumqoşun Ordunun  hərbi hissəsinə 1750 kq sarımsaq təqdim ediblər. Belə ki, Şərur rayonunun Tumaslı kənd sakini Əhməd Həsənov 1250 kq, Sədərək rayon sakini Şirxan Əliyev isə 500 kq sarımsaq hərbi hissəyə təhvil verib. Tədbirdə dövlət qayğısından danışan hərbi hissənin zabiti Qurban Behbudov və əsgər Dönməz Hüseynov xalq-ordu birliyindən ruhlanaraq yüksək vətənpərvərlik hissi ilə xidmət etdiklərini vurğulayıblar.

 

                                                                                    Nəriman Nəcəfov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: