Alimin  2 kitabının təqdimatı keçirilib

182

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Alüminium və dəmir”    “Xörək duzu təbiətin  bəşəriyyətə töhfəsidir” kitablarının  təqdimatı olub.

Təqdimat mərasimində bildirilib ki, “Alüminium və dəmir”  kitabında alüminium və dəmirin analitik kimyasına-çəki və həcminin metodlarla təyininə, onların əsas birləşmələrinə, təbii xammal yataqlarına, alınma texnologiyalarına və müxtəlif sahələrdə tətbiqlərinə dair geniş məlumat öz əksini tapıb. 

Alimin  “Xörək duzu təbiətin  bəşəriyyətə töhfəsidir” kitabında Naxçıvanın daş duz yataqları, xörək duzunun sənayedə, tibdə tətbiqinə dair məlumat, xörək duzu ilə bağlı dünya xalqlarının deyimləri,  mifləri və maraqlı  faktları, dünyanın  tanınmış daş duz yataqları, “Ağ qızıl”a həsr edilmiş  duz  muzeyləri və dünyanın  məşhur duzlu göllərinə  dair maraqlı yazılar verilib. 

Vurğulanıb ki, hər iki kitab müəllim və tələbələr, magistr və doktorantlar, kimyaçı mühəndis və texnoloqlar üçün faydalı vasitələrdir. 

Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: