“Eurovision-2019” müsabiqəsinin devizi elan edilib

106

Gələn il mayın 14-18-dək Təl-Əvivdə (İsrail) keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsinin devizi elan edilib.

NUHÇIXAN müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, bu müsabiqənin devizi belə səslənir: “Dare to Dream” (“Arzularına sərbəstlik ver”). İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu “Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.

Xatırladaq ki, “Eurovision-2019” müsabiqəsində Azərbaycanın da iştirak edəcəyi sentyabrın 18-də elan olunub.

Azərbaycan İctimai Televiziyasının Musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva AZƏRTAC-a müsahibəsində deyib: “Biz “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsində iştirak etmək üçün sifariş vermişik. Bizim sifarişimiz qəbul edilib və 2019-cu ildə Təl-Əvivdə keçiriləcək müsabiqə Azərbaycanın iştirakını təsdiq edirik”.

Onu da qeyd edək ki, Azərbaycan İctimai Televiziyası “Eurovision” mahnı müsabiqəsinin milli yayım kanalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: