“Naxçıvan jurnalistləri valeh etdi”- Türkiyə mediası

150

Bu günlərdə Naxçıvanda olan türkiyəli jurnalistlər muxtar respublika ilə bağlı təəssüratlarını qardaş ölkənin mətbu orqanlarında bölüşürlər. Naxçıvanda gördükləri səliqə-sahman, təmizlik, qədim abidələrə doğma münasibət, yeni tikililər yazıların əsas mövzusudur. İğdırda çıxan “Güvən” qəzetinin baş redaktoru İsmayıl Aras “Naxçıvan jurnalistləri valeh elədi” başlıqlı məqaləsində qeyd edir ki, 1992-ci ildən bura gedib-gəlir. O illərlə müqayisədə artıq Naxçıvan tamam başqa bir şəhər olub. Şəhərin müasir quruluşu , binaların yenilənməsi, qədim abidələrin təmir və bərpası bu şəhəri bəzəkli bir gözələ çevirib. İsmayıl Aras Naxçıvanda olan sabitlik və qayda qanunları Avropa ilə müqayisə edir. Maraqlı burasıdır ki, Naxçıvan bir çox xüsusiyyətləri ilə türkiyəli jurnalistdə daha yaxşı təəssürat yaradıb.  “Biz həmkarlarımızla  Naxçıvanda keçirilən bal festivalına qatıldıq. Burada minlərlə adam iştirak edirdi. Maşınımızda fotoaparatlar vardı. Amma sürücülər qapıları kilidləmədən  bizimlə festivala qatıldılar. Mən narahat olduqda, onlar,- burada kimsə başqasının əşyasına toxunmur. İstəsən qapını açıq qoy, yat – dedilər. Halbuki, Hollandiyada olarkən oradakı dostlarım tərk etdiyimiz avtomobildən bütün əşyaları götürməyi məsləhət bildilər. Avropanın göbəyində avtomobil soyğunlarının tez-tez baş verdiyi halda, Naxçıvanda bu hal neçə ildir ki, tarixin arxivinə verilib”- deyə İsmayıl Arasöz təəccübünü gizlədə bilmir. Naxçıvan universitetlərindəki təhsilin yüksək səviyyəsi, 400-ə yaxın məhsulun yerli imkanlar hesabına istehsalı da yazıda yer alıb.

Ağrıda çıxan “Narınqala”, “Məmləkət” qəzetləri də Naxçıvandan yazıb. “Narınqala qəzeti”nin baş redaktoru Ələddin Aslan “Valehedici Naxçıvan” başlıqlı yazıda Naxçıvan şəhərinin genişliyi, abidələrin ətrafında yeni binaların salınmadığını xüsusi olaraq vurğulayır. Naxçıvanın hərtərəfli sürətli inkişafının göz qabağında oldğunu vurğulayan müəllif bütün bunlara görə, muxtar respublika rəhbərliyinin  təşəbbüsü və zəhmətinin olduğunu qeyd edir. Burada tanış olduğumuz  kütləvi informasiya vasitələrinin imkanları və şəraiti çox mükəmməldir. Onlarla qurduğumuz  bir iş birliyini mütləq genişləndirəcəyik ,- deyə Ələddin Aslan yazır.

Ağrıda nəşr olunun digər bir qəzet “Məmləkət”də isə Əhməd Gənc “Sizi gördük şad olduq” başlıqlı yazı verib. Burada Naxçıvanda son illər bərpa edilən Nuhun məzarüstü türbəsi, Duzdağ müalicəxanasına olan marağı daha çox diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: