Ən faydalı ev bitkiləri müəyyən edilib

110

Spatifillum və sarmaşıq normaldan artıq karbon qazı udur və havanı daha çox nəmləndirir.

Böyük Britaniyanın Redinq Universiteti və Kral Bitkiçilik Cəmiyyətinin bu istiqamətdə birgə tədqiqatlarının nəticələri Air Quality, Atoaphere və Health jurnalında nəşr olunub.

NUHÇIXAN Novosti Mail.ru saytına istinadla xəbər verir ki, tədqiqatçılar evin işıqlandırılmasından asılı olaraq yeddi müxtəlif bitki növünün daxili havanın keyfiyyətinə təsirini öyrəniblər. Araşdırmalar göstərib ki, günəş şüalarının mütəmadi olaraq düşdüyü şəraitdə bitkilər normaldan artıq karbon qazı udur və havanı daha çox nəmləndirir. Lakin mütəxəssislər günəş şüalarının nə qədər düşməsindən asılı olmayaraq eyni funksiyaları həyata keçirən bitkilərin spatifillum və sarmaşıq olduğu müəyyən edilib.

Elm adamları ev bitkilərinin seçimi zamanı daha çox su tələb edən və yarpağı bol olanlara üstünlük verməyi məsləhət görüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: