Gələn ilin məhsulunun əsasi indidən qoyulur

204

Taxıl məhsullarıkənd təsərrüfatı sahəsində başlıca yer tutur. Ona görə də ölkəmizdə bu strateji əhəmiyyətli məhsulun istehsalının ildən-ilə artırılması üçün mühüm tədbirlər həyata keçirilir: əkin sahələri genişləndirilir, məhsuldar toxumların əkininə üstünlük verilir, intensiv becərmə metodları tətbiq edilməklə hektarın məhsuldarlığı yüksəldilir.

Şərur rayonunda da taxıl istehsalının ilbəil artırılmasına diqqət yetirilir. Bu günlər isə gələn ilin məhsulunun əsası qoyulur: şum aparılır, səpin keçirilir və əkilmiş sahələr suvarılır. İndiyədək kəndlərdə 2 min 11 hektar sahə şumlanıb, 200 hektardan artıq sahə əkilib. Səpində əsasən yüksək məhsuldar olan «Qiymətli», «Bərəkətli», «Nurlu», «Əzəmətli», «Qılçıqsız» və s. toxum sortlarından istifadə edilir.

Zəmilərdə hökm sürən yüksək iş ahəngi göstərir ki, rayonda taxıl səpini kampaniyası optimal müddətdə başa çatdırılacaq və gələn ilin bol məhsulu üçün möhkəm zəmin yaradılacaqdır. Təsərrüfat sahibləri texnika, toxum və gübrə ilə kifayət qədər təmin olunduğu üçün gələn il də sahələrindən bol məhsul götürəcəkləriproqnozlaşdırır.

Kəndlərimizdə taxıl əkini intiensiv şəkildə  davam etdirilir.

 “Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: