Ali Məclisin Sədri Sərəncam imzaladı

4. 262

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Babək rayonunun inkişafında fəaliyyətlərinə görə:

Məmmədov Nihal Məmmədqulu oğlu və Məmmədsoy Müşviq Məmməd oğlu-“Əməkdar dövlət qulluqçusu fəxri adı ilə, Əliyev İsa Əli oğlu, Quliyev Həsən Əli oğlu və Seyidov Mirkərim Əhməd oğlu-“Əməkdar müəllim fəxri adı ilə; Abdullayev Qulam Səfərəli oğlu və Həsənova Leylan İbrahim qızı –“Əməkdar həkim fəxri adı ilə; Abutalıbov Tofiq Abutalıb oğlu və Həsənov Cəlal İbrahimxəlil oğlu –“Əməkdar kənd təsərrüfatı işçisi fəxri adı ilə; Rzayeva Sevinc Hüseyn qızı-“Əməkdar mühəndis fəxri adı ilə; Əliyev Məcid Sərraf oğlu, Xudiyev Məhərrəm Cəlil oğlu, İsmayılov Hüseyn Abbas oğlu və Novruzov Məhərrəm Yavər oğlu-“Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: