300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

494

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi əkin planı hazırlanıb. Plana əsasən ümumilikdə payız-qış mövsümündə 300 hektardan çox sahədə yaşıllaşdırma, eyni zamanda yeni meşə massivlərinin, meyvə bağlarının salınması nəzərdə tutulub. Oktyabr ayının 1-dən başlanan tədbirlərin davamı olaraq akademik Həsən Əliyev adına  Zəngəzur Milli Parkının  Ordubad rayonunun Nəsirvaz kəndindəki orta dağlıq ərazisində ağac və kolların təbii bərpasına başlanıb. Bu məqsədlə əraziyə parkın əməkdaşları tərəfindən yay mövsümü ərzində toplanan yemişan, həmərsin, sumaq, badamça toxumları əkilib.

 

                                                              Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: