Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib
NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Şərur, Babək, Ordubad və Sədərək rayonlarında ümumilikdə 15 aztəminatlı ailəyə yanında balası olan 14 iribuynuzlu və 10 xırdabuynuzlu mal-qara verilib. Ailə üzvlərinə onlara verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub. Bu addım Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə atılıb. Ümumiyyətlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ilin 9 ayı ərzində 95 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.
Cavid Səfərli