Dünya birjalarında neftin qiyməti bahalaşır.
NUHÇIXAN xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar artaraq 81,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,55 dollar bahalaşaraq 71,89 dollar olub.