Artıq dozada A vitamini qəbulu sümüklərin sınmasına səbəb ola bilər

193

A vitamininin həddindən artıq qəbulu sümüklərin sınmasına səbəb ola bilər. Bunu bioloji əlavələrdən istifadə edənlərin bilməsi daha vacibdir.

Bu barədə Journal of Endokrinology jurnalında İsveçin Qiteborq Univeristütinin Sümük Xəstəlikləri və Artriti Öyrənilməsi Mərkəzinin alimləri tərəfindən aparılan tədqiqatların nəticələrinə həsr olunmuş məqalədə məlumat verilir.

NUHÇIXAN Zdorovye Mail.ru saytına istinadla xəbər verir ki, A vitaminin (retinol) orqanizmdə baş verən bir çox bioloji proseslərin gedişində əsas rollardan birini oynayır. Buna böyümə, görmə, müxtəlif orqanların və immunitetin fəaliyyəti də aiddir. Orqanizm özbaşına A vitamini istehsal edə bilmir. Lakin tərkibində ət, balıq, yumurta, süd məhsulları, meyvə və tərəvəz olan düzgün qidalanma ilə bu maddəyə olan tələbatı tam ödəmək olar.

Təcrübə siçanları üzərində aparılan öncəki araşdırmalar göstərib ki, qısa müddət, təxminən bir-iki həftə ərzində A vitamini qəbulunun dozasını 142 dəfə aşmaq sümüklərin incəlməsinə və sınıq riskinin artmasına səbəb olur.

Bundan irəli gələrək son araşdırmalarda alimlər uzun müddət bioloji qatqı vasitəsilə daha az dozada A vitamini qəbulunun sümüklərə təsirini müəyyən etməyə çalışıblar. Tədqiqatlarda istifadə edilən heyvanlara insanlar üçün nəzərdə tutulandan gündəlik dozanı 4,5-dən 13 dəfəyə qədər aşmaq şərti ilə on həftə ərzində retinol turşusu verilib. Qəbul dozasının azalmasına baxmayaraq tədqiqatın səkkizinci günündən etibarən sümüklərdə incəlmələr müşahidə edilib ki, bu da zaman keçdikcə daha da kəskinləşib. Bununla tədqiqatçılar sübut ediblər ki, A vitamininin gündəlik qəbul dozasının çoxalması sümüklərin sınma riski artır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: