Orqanizmin normadan çox maye itirməsi istilik zərbəsinə səbəb olur

170

Mənzilin mikroklimatı sözsüz ki, insan sağlamlığına təsir edir. Burada əsas meteoroloji parametrlər havanın temperaturu, təzyiqi və nəmliyidir. İnsanın özünü yaxşı hiss etməsi orqanizmdən çıxan istiliyin ətraf mühitə verilməsindən asılıdır. Bədəndən istiliyin ətraf mühitə verilməsinə havanın temperaturu, hərəkət sürəti və nisbi rütubətlilik təsir edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.

Mütəxəssis bildirib ki, otağın havası 26-30 dərəcə olduğu zaman insanda qan kapilyarları genişlənməyə başlayır. Normal şəraitdə verilən istiliyin şüalanması onun buxarlanması ilə bərabərləşdikdə orqanizm 0,6 litr maye itirir. Otuz dərəcədən yüksək temperaturda itirilən mayenin miqdarı 10-12 litrə qədər yüksələ bilər. Bu zaman orqanizmin termorequlyatorunun pozulma təhlükəsi yaranır və istiləşməyə səbəb olur. Əgər tər vasitəsilə gün ərzində itirilən mayenin miqdarı 5 litr və daha çox olarsa, istiləşmə mümkündür. Nəticədə insanda zəiflik baş ağrıları, qulaqlarda gurultu, təngnəfəslik, qusma, vücudda temperaturun və impulsun artması halları baş verir. Qan təzyiqi öncə artır, sonra isə azalır. Bəzən orqanizmin normadan çox maye itirməsi istilik zərbəsinə də səbəb olur. Bu zaman nəmlə birlikdə həyati vacib olan çox miqdarda duz da itirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: