Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıq növlərinin adlarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, balıqçılar kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm balıqlarını ovlaya bilərlər. Bundan əlavə, şamayı, qarasol, daban, naxa, xərçəngkimilərin də ovlanmasına qadağa qoyulmayıb.