NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karatedo Federasiyasının yetirməsi Rəşid Süleymanov daha bir uğura imza atıb. Belə ki, Rusiyanın paytaxtı Moskva şəhərində karate üzrə açıq birincilik keçirilib.
İdmançımız bu yarışda 12-13 yaş qrupunda (kumite yarışlarında) mübarizə aparıb. 45 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Rəşid Süleymanov birinciliyi ikinci pillədə başa vurub.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.