Test tərtibçilərinin nəzərinə!

181

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yekun qiymətləndirmə (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarına daxil olan fənlər üzrə qapalı və açıq tipli, eləcə də mətn və situasiya əsasında test tapşırıqları hazırlamaq istəyən şəxslər yazdıqları mətnləri və test tapşırıqlarını [email protected] mail ünvanına göndərə bilərlər.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, test tapşırıqları hazırda orta ümumtəhsil məktəblərində tədris edilən təhsil proqramında (kurikulumda) yer alan və müvafiq fənnin təlim nəticələrində əks olunan bilik və bacarıqların yoxlanılmasına xidmət etməlidir. Çox bəsit və faktoloji bilikləri yoxlayan test tapşırıqları qəbul edilməyəcək. Test tapşırıqlarının mövzusu qəbul proqramı və dərsliklər çərçivəsindən kənara çıxmamalıdır.

Müvafiq tələblərə cavab verən və ekspertizadan keçirilərək test bankına daxil edilən hər bir test tapşırığı və mətnə görə müəlliflərə müqavilə əsasında mövcud tariflərə əsasən əməkhaqqı ödəniləcək.

Ətraflı məlumat DİM-in saytında verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: