Melioratorlar Qarabağlar Türbə Kompleksində olublar

223

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı      Komitəsinin əməkdaşları “Qarabağlar Türbə Kompleksi”ni ziyarət ediblər. Ziyarətçilərə məlumat verilib ki,  XII-XIV əsrlərə aid edilən bu kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatıb. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir.

Kompleksin xanəgah hissəsində  xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri nümayiş olunur.

 

Səxavət Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: